Şənbə, 21 İyun 2025

Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq

Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək. Bu barədə Apple şirkətinin tərtibatçılarla iş üzrə baş direktoru Matthew Firlik WWDC 2025-in Platforms State of the Union təqdimatında açıqlama verib. Onun sözlərinə görə, macOS Tahoe, Intel Mac modelləri üçün sonuncu buraxılış olacaq. Apple-ın Intel çiplərindən özünün Apple Silicon prosessorlarına keçidi 2020-ci ildə başlayıb və 2023-cü ildə Mac Pro modeli ilə tam başa çatıb.

Şirkətin nümayəndəsi Lauren Klug dəqiqləşdirib ki, macOS Tahoe ilə uyğun olan Intel əsaslı Mac modelləri, o cümlədən 2019-cu il istehsalı olan 16 düym ekranlı MacBook Pro, təhlükəsizlik yeniləmələrini daha 3 il ərzində əldə etməyə davam edəcək. Şirkət vurğulayıb ki, Apple Silicon əvvəl mümkün olmayan imkanlar açır və bundan sonra Apple yalnız bu platformaya fokuslanacaq. Eyni zamanda, Firlik tətbiq tərtibatçılarını istifadəçilərə Apple Silicon üçün nəzərdə tutulmuş tətbiq versiyalarına keçid etməyə kömək etməyə çağırıb.

     macOS Tahoe əməliyyat sistemini dəstəkləyən cihazların siyahısı Apple-ın rəsmi saytında dərc olunub. Siyahıya növbəti modellər daxildir: Apple Silicon ilə təchiz olunmuş MacBook Air və MacBook Pro (2020 və daha yeni modellər), 16 düymlük MacBook Pro (2019), 13 düymlük MacBook Pro (2020, dörd Thunderbolt 3 girişi ilə), iMac (2020 və daha yeni modellər), Mac mini (2020 və daha yeni modellər), Mac Studio (2022 və daha yeni modellər) və Mac Pro (2019 və daha yeni modellər).

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653199
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1037
9772
26475
1653199
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.