Bazar ertəsi, 20 May 2024

Aparat “sürətləndiricisi”nə malik UFS 2.2 yaddaş standartı təqdim edilib

JEDEC sərtgövdəli texnologiyalar assosiasiyası yeni UFS 2.2 flaş yaddaş standartını təqdim edib. Məlumatların yazma sürətini xeyli artıran “Write Booster” texnologiyası reallaşdırılıb. Assosiasiya “UFS 2.2” standartının xüsusiyyətlərinin tam siyahısını təqdim edib və əvvəlki standartla müqayisədə edilmiş təkmilləşdirmələr haqda məlumat verib.

 UFS 2.2 standartının əsas xüsusiyyətlərindən biri “Write Booster”

funksiyasının tətbiqi olub. 2.1 spesifikasiyası ilə müqayisədə UFS 2.2-də yaddaşa yazma sürəti xeyli artırılıb: bu, proqramların işə salınması və keşin yüklənməsi üçün lazım olan vaxtın azalmasına səbəb olur.

 Orta büdcəli “MediaTek Dimensity 800U” və “Dimensity 720” mobil platformaları ilk olaraq UFS 2.2 yaddaş standartını dəstəkləyiblər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086607
Bu gün
Bu həftə
Bu ay
Ümumi
556
1026
16476
1086607
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi