Çərşənbə, 30 Aprel 2025

WhatsApp-da çatların eksportu və fotoların avtomatik yüklənməsinin qadağası funksiyası istifadəyə verilib

WhatsApp, istifadəçilərə söhbətlərində əlavə məxfilik səviyyəsi təmin edəcək yeni bir funksiyanın istifadəyə verildiyini elan edib. Advanced Chat Privacy adlanan bu yeni ayar, yazışmaların ixrac edilməsini və media fayllarının avtomatik olaraq cihazlara yüklənməsini həm sizin, həm də qarşı tərəfin cihazı üçün bloklayır. Əvvəllər WhatsApp-da mesajların yönləndirilməsinə qadağa qoymaq mümkün idi. Mesajlaşma artıq end-to-end şifrələmə ilə qorunur, lakin bu yeni funksiya məxfiliyi daha da gücləndirir. O, yalnız Meta AI ilə qarşılıqlı əlaqə imkanlarını məhdudlaşdırmaqla qalmır, həm də istifadəçilərə söhbətlərdə deyilən və göndərilən hər şeyin həmin çat çərçivəsində qalacağına dair əlavə güvən hissi verir.

 Qeyd etmək lazımdır ki, istifadəçilər hələ də ayrı-ayrı mesajların ekran görüntüsünü (screenshot) ala bilirlər. Lakin WhatsApp gələcəkdə Advanced Chat Privacy funksiyasını daha da genişləndirərək əlavə qoruma tədbirlərini tətbiq etməyi planlaşdırır - ola bilsin ki, növbəti versiyalardan birində ekran görüntülərinin yaradılmasına qadağa qoyulacaq. Şirkət vurğulayır ki, bu funksiya xüsusilə iştirakçıların bir-birilərinin şəxsən tanımadıqları, lakin həssas mövzuları müzakirə etdikləri hallarda faydalı ola bilər.

Məsələn, söhbət dəstək qrupunda sağlamlıq problemlərinin müzakirəsindən və ya mühüm ictimai məsələlərdən gedə bilər. Yeni ayarı aktivləşdirmək üçün söhbətin adına toxunmaq və menyudan Advanced Chat Privacy bölməsini seçmək kifayətdir. Funksiya yaxın zamanda hamı üçün aktiv olacaq və həm fərdi, həm də qrup söhbətlərində əlçatan olacaq. Bu yenilik mövcud məxfilik funksiyalarını - məsələn, yox olan mesajlar və söhbətlərin bloklanması kimi - tamamlayır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1582485
Bu gün
Bu həftə
Bu ay
Ümumi
261
4721
52604
1582485
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.