Çərşənbə, 30 Aprel 2025

Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb

Eyndhoven Texnologiya Universitetinin (TU/e) alimləri 4.6 km məsafədə naqilsiz infraqırmızı rabitə kanalı quraraq bu vasitə ilə saniyədə 5.7 Tbit sürətlə məlumat ötürə biliblər. Bu, şəhər mühitində əldə olunmuş ən yüksək naqilsiz optik ötürmə sürətidir və praktiki tətbiqlər üçün böyük potensiala malikdir. Məsələn, kabel infrastrukturunun olmadığı şəraitdə mövcud şəbəkələrə 5G və 6G antenalarının naqilsiz qoşulması üçün istifadə oluna bilər. Yüksəksürətli bağlantı TU/e-nin şimaldakı kampusu ilə Eyndhovenin cənubundakı High Tech Campus (HTC) arasında qurulub.

HTC vaxtilə Philips şirkəti tərəfindən inşa olunmuşdu. Yerli telekommunikasiya avadanlığı istehsalçısı olan Aircision şirkəti tərəfindən hazırlanmış qabaqcıl optik antenalar vasitəsilə sistem açıq məkanlarda optik rabitə (FSO) texnologiyasından istifadə edir.

Bu metod fokuslanmış infraqırmızı şüalar vasitəsilə məlumat ötürməyə imkan verir, nəticədə ənənəvi naqillərə və ya radiosiqnallara ehtiyac olmadan, müdaxilələrsiz ultrasürətli naqilsiz əlaqə təmin olunur. Lakin infraqırmızı hava rabitə kanalları radio kanalları və ya naqilli optik xətlərdən fərqli olaraq müdaxilələrə və xüsusilə də ətraf mühitin təsirinə qarşı daha həssasdır. Buna görə də, optik infraqırmızı rabitə məlumatların uzaq məsafələrə ötürülməsi və ya əlaqənin heç bir halda kəsilməməli olduğu hallarda məqsədəuyğun sayılmır. Beləliklə, yüksək sürətli infraqırmızı hava kanallarından yalnız bir neçə kilometr məsafədə məlumat ötürmək və digər, daha etibarlı rabitə kanalları ilə birlikdə istifadə etmək məntiqlidir.

Bundan əlavə, başa düşmək lazımdır ki, bu cür rekord ötürmə sürətinə malik rabitə kanalını yaratmaq üçün şüaların fokuslanması və məlumatların qəbul nöqtəsində işığın toplanması sisteminə malik olduqca mürəkkəb və bahalı avadanlıqlardan istifadə tələb olunur. Tədqiqatçılar öz işlərində universitetin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş elmi və test avadanlıqları kompleksindən istifadə ediblər. Kütləvi tətbiq üçün isə daha sadə və ucuz bir həll tələb olunur. Məsələn, Alphabet şirkətinin törəmə müəssisəsi olan Taara tərəfindən hazırlanmış, cəmi 13 mm hündürlüyündə kompakt infraqırmızı ötürücü və qəbuledicilər kimi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1582704
Bu gün
Bu həftə
Bu ay
Ümumi
480
4940
52823
1582704
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.