Çərşənbə, 30 Aprel 2025

YouTube Premium istifadəçiləri reklamsız videoları digərləri ilə bölüşə biləcəklər

Google,ödənişli YouTube Premium xidmətinə abunə olan istifadəçilər üçün məhdud təcrübə çərçivəsində yeni bir funksiyanı istifadəyə verib. Bu funksiya abunəçilərə hər ay digər istifadəçilərlə 10-a qədər reklamsız video paylaşmağa imkan verir - yalnız o şərtlə ki, həmin istifadəçilər YouTube Premium-un əlçatan olduğu bir bölgədə yaşasınlar. Premium abunəçisi olmayan dostlar da bu bağlantılardan istifadə edərək məzmunu reklamsız şəkildə, elə ödənişli istifadəçilər kimi izləyə biləcəklər. YouTube-da “Share” düyməsinə kliklədikdə, təcrübə iştirakçıları üçün “Share ad-free” seçimi əlçatan olacaq.Onlar hər ay 10 videoya qədər reklamsız baxış üçün keçid yarada biləcəklər

 

və dostları bu videolara reklamsız baxa biləcəklər.Əgər istifadəçi bu keçidi təsadüfən artıq Premium abunəliyi olan biri ilə paylaşsa, həmin baxış limiti hesablanmayacaq. Həmçinin videonu bir nəfərlə və ya bir neçə nəfərlə paylaşmağınız fərq etmir - bu 10 reklamsız baxış bütün alıcılar arasında bölüşdürülür. Qeyd etmək lazımdır ki, təcrübə iştirakçıları demək olar ki, bütün videoları paylaşa biləcəklər, lakin bu imkan musiqi məzmunu, YouTube Originals, Shorts, canlı yayımlar, filmlər və şoulara şamil olunmur. Hal-hazırda Google bu yeni funksiyanı Argentina, Braziliya, Kanada, Meksika, Türkiyə və Birləşmiş Krallıqda sınaqdan keçirir və o, yalnız az sayda Premium abunəçiyə əlçatandır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1582772
Bu gün
Bu həftə
Bu ay
Ümumi
548
5008
52891
1582772
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.