Şənbə, 21 İyun 2025

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilib

"Telekommunikasiya haqqında” qanuna dəyişiklik təsdiqlənib.

Məlumata görə, bu Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna 2 yeni maddə əlavə olunub: 

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653426
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1264
9999
26702
1653426
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.