Google Search-ün axtarış səhifəsinə süni zəka rejimi əlavə ediləcək

Şirkətin Gemini adlı süni zəka əsaslı köməkçisində olduğu kimi axtarış səhifəsindəki süni zəka da öz cavablarını müvafiq saytlara olan linklərlə birlikdə təqdim edəcək və həmçinin sorğuların qeyd edilməsinə istiqamətlənmiş ikinci yazı sahəsini təklif edəcək.İkinci yazı sahəsində istifadəçi bu və ya digər mövzu ətrafında əlavə suallarını qeyd edə biləcək.
“Hal-hazırda bizim müasir süni zəka modellərimiz inkişaf etməkdə davam edirlər və bütün bu yeni funksiyaların axtarışa inteqrasiyası üzrə möhtəşəm şans mövcuddur” - deyə Google qeyd edib. Qeyd etmək lazımdır ki, Google bu cür addımı OpenAI şirkətinin ChatGPT-yə axtarış sistemini inteqrasiya etməsinə cavab olaraq atır. Google axtarış səhifəsində süni zəka rejiminin nə zaman istifadəyə veriləcəyi bilinmir.