Süni intellekt mərkəzli Intel Core Ultra prosessorları təqdim edilib!
Beləliklə prosessor istehsalı üzrə ixtisaslaşan Intel brendi uzun müddətdir ki, gözlənilən yeni Meteor Lake prossessor seriyasını təqdim etdi. İndi H və U seriyalı və AI PC adlanırılan Intel Core Ultra prosessorları rəsmi olaraq qarşımızdadır. Süni intellekt mərkəzli bu prosessorlar indi ayrı neyron mühərrikə sahib olub. Qeyd edək ki, Intel bu mövzuda bir ilkə imza atır və süni intellekt tələb edən bir proseslərdə prosessorlarınım problemsiz çalışmasını təmin edir.
Xatırladaq ki, ötən günlərdə yeni Windows 12 əməliyyat sisteminin də NPU-suz prosessorlarda əlçatan olmayacağı öyrənilmişdi.
Ümumiyyətlə 7 nm əsaslı Core Ultra ailəsində 28W və 15W səviyyələrində çoxlu müxtəlif prosessorlar var ki, bu da 2024-cü ildə bir çox müxtəlif noutbuklara güc verəcək. Habelə H seriyalı Intel Core Ultra prosessorları DLSS oxşarı XeSS dəstəyi ilə bərabər Intel ARC qrafik bloku ilə də fəaliyyət göstərir. U seriyasında normal “Intel Graphic” qrafik vahidlərindən istifadə edilir. Şirkətin açıqlamasına görə Core Ultra 9 185H istisna olmaqla, bütün prosessorlar bu gündən etibarən bazara çıxacaq. O cümlədən Intel iddia edir ki, H seriyasındakı Core Ultra 7 165H AMD Ryzen 7 7840U, Apple M3 və Qualcomm Snapdragon 8cx Gen 3-dən 11 faiz daha yüksək performans təklif edir. Bundan əlavə sələfi ilə müqayisədə prosessor enerji istehlakında 25% azalma təklif edir.