Cümə axşamı, 02 May 2024

Android smartfonlarda istəmədiyiniz tətbiqləri gizlədə biləcəksiniz!

Google indi Android ekosistemi üçün Private Space adlı yeni funksiya hazırlayır. Belə ki, yeni funksiya ilə istifadəçilər android smartfonlarında istəmədikləri tətbiqləri gizlədə biləcəklər. Hələlik isə bu funksiyanın nə zaman istifadəyə veriləcəyi məlum deyil. Ümumiyyətlə ABŞ mərkəzli texnologiya nəhəngi Google ötən aylarda buraxdığı Android 14 üzərində yeniliklər etməyə davam edir. Google indi Android 14 QPR2 Beta 2 versiyasında yeni funksiyasını açıqlayıb. “Şəxsi Sahə” adlanan funksiya bəzi istifadəçilər üçün əvəzolunmaz yenilikdir.

Ümumiyyətlə istifadəçilər Android smartfonlarına daim yeni tətbiqlər və proqramlar quraşdırır. Bəzən isə bu tətbiqlərdən bəzilərini gizli saxlamaq lazım gəlir.

Əslində OnePlus və Samsung kimi şirkətlər artıq öz smartfonlarında proqramları gizlətməyə kömək edən bəzi funksiyalar təklif edirlər. İndi Android 14 istifadəçiləri smartfonlarında tətbiqlərini Private Space funksiyası ilə rahatlıqla gizlədə biləcəklər. Private Space funksiyası istifadə etdikləri proqramları gizlətmək istəyən istifadəçilər çox mükəmməl məxfilik təklif edəcək. Belə ki, tətbiq və ya proqram Private Space funksiyası ilə gizlədildikdə smartfonun parametrlər bölməsində də görünməyəcək.

İstifadəçilər funksiyanın təhlükəsizliyini qorumaq üçün 2 kilid metodundan istifadə edə biləcək. Belə ki, onlar smartfonların kilid ekranı üçün istifadə edilən təhlükəsizlik metodundan əlavə olaraq xüsusi paroldan da istifadə edə biləcək. Qeyd edək ki, yeni funksiya hələ inkişaf mərhələsindədir və yaxında istifadəçilər üçün əlçatan olmayacaq. Hətta bəzi mənbələrə görə bu funksiya Android 15 ilə istifadəçilərə təklif olunacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071222
Bu gün
Bu həftə
Bu ay
Ümumi
485
4200
1091
1071222
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi