Cümə axşamı, 02 May 2024

Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq

 
Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir. Söhbət, olduqca köhnə Android versiyalar vasitəsilə çalışan smartfonlardan gedir. İnsayderlər aşkar ediblər ki, yaxın zamanda Android 7.0 Nougat və ondan daha əvvəlki Android versiyalarına sahib smartfonların istifadəçiləri Google Calendar tətbiqindən daha istifadə edə bilməyəcəklər. Tətbiq daxilinə artıq UnsupportedOperatingSystem__enabled adlı bənd əlavə edilib.
Həmin bəndə klikləyən zaman isə istifadəçiyə Android 8.0 Oreo-ya və ya ondan sonra istifadəyə verilmiş digər Android versiyalardan birinə keçid etmək məsləhəti təqdim edilir. Şirkətin bu addımı böyük ehtimal təhlükəsizlik ilə bağlıdır. 
Belə ki, köhnə Android versiyaları kiberhücumlara və məlumat sızıntılarına daha həssasdırlar. Google öz növbəsində Calendar tətbiqinin köhnə Android versiyalarında dəstəyinin nə zaman dayandırılacağı barəsində hələ rəsmi bir məlumat verməyib.
 
 
 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071402
Bu gün
Bu həftə
Bu ay
Ümumi
665
4380
1271
1071402
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi