iOS 18 generativ süni zəka funksiyasını əldə edəcək

İnsayder bu barədə ətraflı məlumat verməsə də qeyd edib ki, şirkət daxilində iOS 18 iddialı və cəlbedici kimi xarakterizə olunur. Şirkət yeni əməliyyat sisteminin stabilliyinə xüsusi diqqət ayıracaq. Gurman-ın sözlərinə əsasən bu məqsədlə şirkət iOS üçün yeni funksiyaların hazırlanması prosesini hələlik dayandırıb və onda olan mövcud xətaları aradan qaldırmağa çalışır. İnsayderin fikrincə növbəti iOS versiyası yenilikçi olacaq.