Cümə axşamı, 02 May 2024

Google Search istifadəçi sorğularında qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib

Google tərtibatçıları Google Search axtarış sisteminə yeni funksiyalar əlavə edərək onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə Google axtarış sistemi istifadəçilərin sorğularındakı qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib. Bu isə öz növbəsində Google Search-dən müəyyən istifadə hallarında faydalı ola bilər. Google Search-ə inteqrasiya edilmiş yeni funksiya Grammar Check adını əldə edib. Sözügedən funksiya istifadəçi sorğusundakı bu və ya digər sözün qrammatik cəhətdən düzgün yazılıb-yazılmadığını təyin edir.

 Bu yeni funksiyadan istifadə etmək üçün istifadəçi öz axtarış sorğusunun yanına grammar check ifadəsini əlavə etməlidir. Sözügedən ifadənin əlavə olunmasından sonra sistem istifadəçi sorğusunu yoxlayacaq və sorğuda qrammatik səhvlər olan hissələri işarələyəcək. Bununla yanaşı sistem aşkar edilmiş səhvlərin necə düzəldilməsi lazım olduğunu da qeyd edəcək. Hal hazırda bu yeni funksiya yalnız ingilis dilində olan sorğular ilə çalışa bilir. Funksiya neyron şəbəkəsi əsasında çalışdığı üçün qrammatik yoxlanışın nəticələri bəzi hallarda düzgün olmaya bilər. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071408
Bu gün
Bu həftə
Bu ay
Ümumi
671
4386
1277
1071408
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi