Cümə, 26 Aprel 2024

MWC 2023: Nokia öz yeni loqosunu sərgiləyib

Finlandiyanın telekommunikasiya təchizatlarının istehsalı ilə məşğul olan Nokia şirkəti son 60 ildə ilk dəfə loqosunun dizaynını dəyişdiyini elan edib. Şirkət bildirib ki, o, istifadəçilərin onu yalnız mobil telefon istehsalçısı kimi tanımalarını istəmir. Buna görə də o öz loqosunun dizaynını dəyişib. Qeyd etmək lazımdır ki, Nokia öz mobil telefon istehsalı ilə məşğul olan biznesini 10 il bundan öncə HMD Global şirkətinə təhvil verib. Bununla yanaşı Nokia MWC 2023 sərgisi çərçivəsində yeni strategiyası barəsində də məlumat verib.

Şirkətin yeni loqosu artıq onun baş ofisinin binasında da həkk edilib. O, Nokia sözünü formalaşdıran 5 müxtəlif formadan ibarətdir.

 Ənənəvi göy rəng əvəzinə yeni loqoda onun istifadə məqsədindən asılı olaraq müxtəlif rənglərdən ibarət diapazondan istifadə ediləcək. Nokia-nın CEO-su Pekka Lundmark MWC 2023 sərgisi çərçivəsində Bloomberg saytına müsahibə verən zaman şirkətin loqosu və yeni strategiyası barəsində danışıb. “Bir çoxlarının yaddaşlarında biz hələ də mobil telefon istehsalı ilə məşğul olan uğurlu brend kimi qalmışıq. Lakin bu, Nokia-nın məşğul olduğu bir şey deyil. Biz daha çox şəbəkələrə və sənaye rəqəmsallaşmasına diqqət ayıran yeni brendi istifadəyə vermək istəyirik. Bu isə mobil telefonların istehsalı biznesindən tamamilə fərqlənir” - deyə Pekka Lundmark qeyd edib. Onun sözlərinə əsasən Nokia əsas diqqətini provayderlər və naqilsiz servislər üçün şəbəkə təchizatlarının istehsalı bazarındakı payının artırılmasına ayıracaq. Şirkət həmçinin özəl 5G şəbəkələrin yaradılması biznesini sürətləndirməyi də planlaşdırır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1066101
Bu gün
Bu həftə
Bu ay
Ümumi
531
3905
21927
1066101
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi