Cümə axşamı, 02 May 2024

Yeni MediaTek Dimensity 9200 flaqman prosessoru təqdim edilib

MediaTek şirkəti Dimensity 9200 adlı yeni flaqman prosessorunu təqdim edib. Təqdim edilmiş yeni prosessor Wi-Fi 7LPDDR5X standartlarının və hardware səviyyəsində ray tracing texnologiyasının dəstəklərini əldə edib. Dimensity 9000-dən fərqli olaraq isə yeni prosessor performans ilə enerji effektivliyi baxımından nəzərə çarpacaq göstəricilər sərgiləyir. Dimensity 9200 prosessoru bazarda ARMv9 Gen 2 arxitekturası əsasında hazırlanmış ilk mobil prosessordur. Sözügedən prosessor özündə 3.05 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 super nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı Cortex-A715 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir.

 Dimensity 9000-dən fərqli olaraq Dimensity 9200 modeli 25% daha aşağı enerji sərfiyyatı ilə 10%-12% daha yüksək performans sərgiləyir. Prosessorun qrafik özəlliklərindən ray tracing texnologiyasının dəstəyinə sahib ARM Immortalis-G715 qrafik çipi cavabdehdir. Bu GPU Dimensity 9000-də istifadə edilən GPU-dan 32% daha sürətlidir və ondan 41% daha az enerji sərf edir. Dimensity 9200-ün əsas özəlliklərindən biri də odur ki, o, Wi-Fi 7 standartını dəstəkləyir. Bunun hesabına prosessor məlumatların saniyədə 6.5 Gbit sürətlə ötürülməsini təmin edir.

    Yeni prosessor həmçinin UFS 4.0 standartlı daxili yaddaş həcmlərini və LPDDR5X standartlı RAM yaddaşlarını dəstəkləyir. Dimensity 9200-ün tərkibinə həmçinin Imagiq 890 adlı yeni siqnal prosessoru daxildir və o, RGBW kamera sensorlarının dəstəklənməsinə imkan verir. Machine learning tapşırıqlarının yerinə yetirilməsi zamanı prosessorun gücü 98% yüksəlib, enerji sərfyyatı isə 15% aşağı düşüb. Məlumatda qeyd edilib ki, yeni prosessor 240 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+144 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ və 60 Hz-lik təsvir yenilənməsinə sahib 5K ekranların dəstəyinə sahibdir. Dimensity 9200 prosessoruna sahib ilk smartfonlar bu ilin sonuna kimi təqdim olunacaqlar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071370
Bu gün
Bu həftə
Bu ay
Ümumi
633
4348
1239
1071370
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi