Cümə axşamı, 02 May 2024

Twitter istifadəçi hesablarını 3 növə ayıracaq

Twitter-də məhsullardan cavabdeh olan Esther Crawford bildirib ki, sosial şəbəkənin yeni təsdiqləmə sistemi (verification) istifadəçi hesablarını 3 növə ayıracaq. Beləliklə hesabların bir hissəsi boz rəngdə təsdiqləmə ikonuna sahib olacaq və onların adlarının qarşısında Official sözü əks olunacaq. Twitter Blue abunəliyindən istifadə edən hesablar göy rəngli təsdiqləmə ikonunu əldə edəcəklər. Yerdə qalan hesablar isə təsdiqlənməmiş şəkildə qalacaqlar. Bununla belə Twitter Blue istifadəçiləri öz hesabları üçün göy rəngli təsdiq ikonunun əldə edilməsi yolunda hər hansısa sənədi təqdim etməli olmayacaqlar.

 Daha öncə verification sisteminin pulsuz olduğu vaxtlarda istifadəçi öz hesabının təsdiqlənməsi və müvafiq ikonu əldə etməsi üçün şəxsiyyəti təsdiq edən hər hansısa sənədi təqdim etməli idi. Twitter təmsilçisi isə qeyd edib ki, onların platformalarından istifadə edənlər bu cür üsuldan istifadə etməli olmayacaqlar. Belə ki, həmin istifadəçilər aylıq 8$ abunəlik haqqı ödəməklə artıq öz hesablarını təsdiqləmiş olacaqlar. Yanında Official sözünün əks olunduğu boz rəngli ikon bəzi hesablar üçün pulsuz şəkildə təqdim ediləcək. Belə ki, dövlət təşkilatları, məmurlar, siyasi xadimlər və kütləvi informasiya vasitələrinin hesabları boz ikonu pulsuz əldə edəcəklər. Məlumatda qeyd edilib ki, boz ikonu pul qarşılığında almaq mümkün olmayacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071204
Bu gün
Bu həftə
Bu ay
Ümumi
467
4182
1073
1071204
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi