Cümə, 03 May 2024

Wi-Fi 7 dəstəkli smartfonlar artıq bu ilin sonuna kimi satışa çıxacaqlar

Wi-Fi 7 standartı hələ təsdiqlənməsə də, onun dəstəyinə sahib smartfonlar artıq satışa çıxmağa hazırlaşırlar. Məlumata əsasən Wi-Fi 7 dəstəyinə sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar. Əsas səbəb isə bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessorudur. Hal hazırda kommunikasiya mövzusunda ən öndə olan cihazlar və şəbəkə təchizatları Wi-Fi 6 və Wi-Fi 6E standartlarının dəstəklərinə sahib olanlardır. Lakin bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessoru Wi-Fi 7 standartının dəstəyini özündə birləşdirir.

 Qeyd etmək lazımdır ki, sözügedən standartın adı, texniki özəllikləri Wi-Fi Alliance təşkilatı tərəfindən hələ təsdiqlənməyib. Orta statistik istifadəçinin Wi-Fi 7-nin imkanlarından faydalana bilib-bilməyəcəyi də aydın deyil. Bu naqilsiz şəbəkə standartı saniyədə 30 Gbit qoşulma sürətini təmin edir. Aktual olan Wi-Fi 6E-də isə bu göstərici saniyədə 4.8 Gbit təşkil edir. Lakin hal hazırda internetin ortalama sürəti çox aşağıdır. Hətta Wi-Fi 6E belə çox geniş şəkildə yayılmayıb. Buna baxmayaraq MediaTek Dimensity 9200 prosessoruna sahib smartfonların istifadəçiləri hər baxımdan hazırlıqlı olacaqlar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071446
Bu gün
Bu həftə
Bu ay
Ümumi
16
4424
1315
1071446
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi