Şənbə, 27 Aprel 2024

Windows 11-də reallaşdırılacaq yeniliklər məlum olub

Microsoft yaxın zamanda Windows 11 üçün 22H2 adlı böyük yenilənməni təqdim etməyi planlaşdırır. Əməliyyat sisteminin yeni versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat olmasa da, onun yaxın həftələrdə təqdim ediləcəyi gözlənilir. Belliklə 22H2 yenilənməsi vasitəsilə Windows 11 bir sıra yeni özəllikləri əldə edəcək və həmin özəlliklər əməliyyat sisteminin işini yaxşılaşdırmalı və onda olan səhvləri aradan qaldırmalıdır. Yeniliklər əsasən Start menyusunu əhatə edəcək. Belə ki, Start menyusuna sonunda tətbiqlərdən ibarət qovluqları əlavə etmək mümkün olacaq.

  İstifadəçilər həmçinin sensorlu ekranlar üçün yeni jestlər də əldə edəcəklər. Taskbar-da isə yeni animasiyaların olacağı gözlənilir. Windows 11-in yeni versiyası Live Captions adlı funksiyasının dəstəyinə sahib olacaq. Bu funksiya səsli fayllar üçün avtomatik atyazılar yaradacaq. Bundan əlavə olaraq əməliyyat sisteminin yeni versiyasında kompüterin səsli əmrlər vasitəsilə idarə funksiyası reallaşdırılacaq. Lakin bu funksiyanın hansı səviyyədə çalışacağı bilinmir. Daha bir yenilik Task Manager-in Dark Mode rejimini dəstəkləməsi olacaq. Əməliyyat sisteminin yeni versiyasındakı File Explorer tətbiqi sonunda qovluqların dəstəyini əldə edəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1067020
Bu gün
Bu həftə
Bu ay
Ümumi
782
4824
22846
1067020
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi