Bazar, 28 Aprel 2024

Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verilib

Meta şirkəti Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş tətbiqinin beta testini yekunlaşdırıb və onu bütün istifadəçilər üçün istifadəyə verib. Beləliklə istənilən Windows istifadəçisi Whatsapp-ın sözügedən əməliyyat sistemi üçün olan tətbiqini Microsoft Store mağazasından yükləyə bilər. Windows üçün istifadəyə verilmiş stabil Whatsapp tətbiqinin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, istifadəçinin smartfonu ilə daimi sinxronlaşdırmanı tələb etmir.

 Daha öncə istifadəçilər kompüterdə Whatsapp-ın yalnız veb versiyasından istifadə edirdilər və bunun üçün hər dəfə messencerin smartfondakı versiyası ilə sinxronlaşdırmanı reallaşdırmaq lazım gəlirdi. İndi isə istifadəçilər kompüterdə rahatlıqla Whatsapp-dan istifadə edə bilərlər. Messencerin Windows versiyasının dizaynı ənənəvi Whatsapp dizaynını özündə birləşdirir. Son məlumatlara əsasən Meta şirkəti hal hazırda Whatsapp-ın həmçinin macOS üçün nəzərdə tutulmuş tətbiqi üzərində də çalışır. Messencerin macOS versiyasının nə zaman istifadəyə veriləcəyi isə bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1067318
Bu gün
Bu həftə
Bu ay
Ümumi
296
5122
23144
1067318
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi