Şənbə, 03 May 2025

“Tesla” insanabənzər robotunu təqdim edəcək

Elektriklə çalışan avtomobillərin istehsalı ilə məşğul olan Amerikanın “Tesla” kompaniyası sentyabrın 30-da “Optimus” adlı insanabənzər robotunu təqdim edəcək.

ABŞ mediası yazır ki, bu barədə “Tesla” kompaniyasının qurucusu İlon Mask özünün tviter səhifəsində yazıb. “Tesla” kompaniyasının süni intellekt günü sentyabrın 30-u tarixinə keçirilib. O vaxta qədər “Optimus” adlı prototipimiz hazır ola bilər”, - deyə İlon Mask bildirib.

 “Optimus” kompaniyanın prioritet olaraq üzərində çalışdığı insanabənzər robotdur. İlon Maskın fikrincə, bu robot qlobal işçi çatışmazlığını həll edə və qısa müddətli perspektivdə “Tesla” zavodunda əşyaların daşınmasında istifadə oluna bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1587141
Bu gün
Bu həftə
Bu ay
Ümumi
235
9377
3616
1587141
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.