Cümə axşamı, 28 Mart 2024

Yenilənmiş Windows Media Player-in ilk fotoları təqdim edilib

Microsoft şirkəti Windows 11 üçün nəzərdə tutulmuş yeni Windows Media Player-in beta testinə start verib. Əməliyyat sisteminin ənənəvi sistem playerinin yeni versiyası Windows 11 dizaynında reallaşdırılıb və bir sıra faydalı funksiya əldə edib. Beləliklə yeni Windows Media Player həm tam ekran rejimində həm də kiçik ekran rejimində əks oluna bilər. Kiçik ekran rejimində əks olunan zaman player işə salınmış musiqi albomunun fotosunu əks etdirəcək. Player-in sahib oluğu daha bir yeni özəllik ondan ibarətdir ki, o, picture-in-picture rejimini dəstəkləyir. Bu rejim həm videolar həm də musiqilər üçün nəzərdə tutulub.

Nəticədə istifadəçi kompüterdə digər əməliyyatları yerinə yetirən zaman picture-in-picture funksiyası sayəsində Media Player-in pəncərəsi aktiv şəkildə qalacaq.

Yeni player öz kitabxanasına kompüterdə mövcud olan bütün media kontenti daxil edir. Player tez bir zamanda video və musiqini işə sala, oynadılacaq kontentlərin siyahısını tərtib edə bilir. Bundan əlavə olaraq əgər istifadəçinin musiqi kolleksiyası Microsoft-un Groove Music servisindədirsə, onların hamısı avtomatik olaraq Windows Media Player-ə inteqrasiya ediləcəklər. Məlumatda qeyd edilib ki, istifadəçi həmçinin klassik Windows Media-dan da istifadə edə biləcək. O, Start menyusundakı Windows Tools adlı qovluqda yerləşir. Yenilənmiş Windows Media Player hal hazırda Windows-un ilkin qiymətləndirilməsi proqramına daxil olan iştirakçılar tərəfindən istifadə edilə bilər. Onun bütün istifadəçilər üçün nə zaman təqdim ediləcəyi barəsində məlumat daha sonra veriləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041189
Bu gün
Bu həftə
Bu ay
Ümumi
780
3273
20233
1041189
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi