Şənbə, 20 Aprel 2024

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verilib

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlumat ortaya çımağa başlayıb. Məşhur analitik Ming-Chi Kuo tərəfindən verilmiş yeni məlumata əsasən Apple şirkətinin qarışıq reallıq cihazı şarj prosesi üçün 96 vatt gücündə olan adapterdən istifadə edəcək. Qeyd etmək lazımdır ki, 14 düym ekrana sahib olan aktual MacBook Pro modeli də bu cür adapter vasitəsilə şarj olunur. Qarışıq reallıq cihazının bu cür güclü şarj adapterindən istifadə edəcəyini analitikin əvvəlki fikirləri də sübut edirlər.

 Belə ki, analitik daha öncədən xəbər vermişdi ki, Apple şirkətinin qarışıq reallıq cihazı Mac kompüterləri səviyyəsində hesablayıcı gücə sahib olacaq. Analitik həmçinin bildirib ki, sözügedən cihaz 2 ədəd prosessor ilə təchiz olunacaq. Onlardan biri 4 nanometrlik, digəri isə 5 nanometrlik olacaq. Hər iki prosessor TSMC şirkəti tərəfindən istehsal olunacaq. Hələ noyabr ayında analitik bildirmişdi ki, prosessorlardan biri öz gücünə görə Apple M1 prosessoru ilə eyni səviyyədə olacaq.

 İkinci prosessor daha aşağı performans göstəricilərinə sahib olacaq və qarışıq reallıq cihazındakı müxtəlif sensorların işlərindən cavabdeh olacaq. Analitikin sözlərinə əsasən cihaz istifadəçilərə innovasiyali istifadə təcrübəsini təqdim edəcək. Belə ki, cihaz AR və VR rejimi arasındakı sürətli keçidi təmin edəcək. Analitik əmindir ki, qarışıq reallıq cihazının satışa çıxmasından sonra o, 2-3 il ərzində digər bu cür cihazlardan hesablama gücü məsələsində daha üst səviyyədə olacaq. Son məlumatlara əsasən Apple öz qarışıq reallıq cihazını bu ilin dördüncü rübündə təqdim edəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1061846
Bu gün
Bu həftə
Bu ay
Ümumi
947
4798
17672
1061846
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi