Çərşənbə axşamı, 23 Aprel 2024

Apple iOS 15.2-ni istifadəyə verib: Yeniliklər nələrdir?

Apple şirkəti iOS-in yeni versiyası olan iOS 15.2-ni istifadəyə verib. iOS-in bu yeni versiyası məlumatların konfidensiallıqlarının və bütün yaş qruplarında istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yenilikləri özündə birləşdirir. Beləliklə iOS 15.2-də reallaşdırılmış App Privacy Report funksiyası vasitəsilə iPhone istifadəçisi hansı tətbiqlərin fərdi məlumatları əldə etdiklərini, kamera və mikrofonu aktivləşdirdiklərini və bunları hansı intensivliklə reallaşdırdıqlarını müəyyən edə biləcək.

 Bundan əlavə olaraq iOS 15.2-də istifadəçi müəyyən tətbiqlərin fon rejimində hansı internet bağlantılarına qoşulduqlarına dair məlumatı da əldə edə bilər. Yeni iOS versiyasında xüsusi menyu reallaşdırılıb. Həmin menyu sayəsində smartfona quraşdırılmış komponentlərin nə dərəcədə orijinal olduqları barəsində məlumatlar əks olunub. Bunun sayəsində ikinci əl iPhone almaq istəyən istifadəçilər alışdan öncə smartfonun təmir tarixçəsinə nəzər sala biləcəklər. Music tətbiqində playlistlərin axtarışı funksiyası istifadəyə verilib.

 Bununla yanaşı iMessage-də azyaşlı şəxsə göndərilmiş arzuolunmaz kontentin idarəsi funksiyası istifadəyə verilib. Nəticədə arzuolunmaz kontentlər bulanıq şəkildə gorünəcəklər və bu barədə bildiriş smartfon ekranında əks olunacaq. Apple iOS 15.2-də təcili zəng (SOS) funksiyasının imkanlarını genişləndirib. Bundan sonra istifadəçi yaşadığı region üzrə fərdi şəkildə xilasetmə xidmətinin nömrəsini təyin edə biləcək. Sonunda iOS 15.2-də Digital Legacy funksiyası istifadəyə verilib. Bu funksiya vasitəsilə istifadəçi öz məlumatlarını ailə üzvlərinə və ya yaxın bildiyi tanışlarına vəsiyyət edə biləcək. Beləliklə istifadəçinin ölüm halında vəsiyyət edilmiş məlumatlar təyin edilmiş şəxslərə ötürüləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064069
Bu gün
Bu həftə
Bu ay
Ümumi
489
1873
19895
1064069
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi