Cümə axşamı, 25 Aprel 2024

Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb

Adətən Samsung şirkətinin yeni məhsulları barəsində məlumat sızıntıları kənar resurslar tərəfindən edilir. Lakin bu məsələdə bəzən istisnalar da olur. Belə ki, bir sıra hallarda yeni məhsullar barəsində məlumat sızıntısı məhz şirkətin saytında baş verir. Belə ki, Samsung-un rəsmi saytında əvvəlki insayder məlumatlarına uyğun gələn və hələ anons edilməmiş yeni smartfon modelinin fotosu ortaya çıxıb. Söhbət, Galaxy Note 20-dən gedir. Samsung Rewards saytında ortaya çıxmış fotoya əsasən Galaxy S10+ və Galaxy S20 arasında əks olunan smartfon, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq.

 Lakin heç istisna deyil ki, ön kamera ekranın yuxarı sol hissəsində yerləşsin. Smartfonun sağ kənar hissəsində fiziki düymələr yoxdur. Bundan əlavə olaraq fotodan da görmək olar ki, smartfon minimal çərçivələrə sahib səthi ekran ilə təchiz olunacaq.

 Bir neçə müddət bundan öncə insayderlər tərəfindən təqdim edilmiş qeyri rəsmi render foto həm də Galaxy Note 20-nin arxa panelini sərgiləyir. Əgər həmin foto həqiqətə uyğundursa, deməli Galaxy Note 20-nin arxa kamera sistemi Galaxy S20 Ultra modelindəki kimi olacaq. Bura həmçinin 108 MP-lik kamera sensoru da daxildir. Galaxy Note 20 smartfon seriyasının bu ilin avqust ayında təqdim olunacağı gözlənilir. Onun texniki özəllikləri və qiyməti barəsində heç bir məlumat yoxdur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065145
Bu gün
Bu həftə
Bu ay
Ümumi
322
2949
20971
1065145
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi