Cümə, 19 Aprel 2024

Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib

Dünən Xiaomi şirkəti Mi Mix 4 flaqman smartfonu ilə yanaşı digər qeyri-adi məhsulunu təqdim edib. Söhbət, CyberDog adlı dörd ayaqlı robotdan gedir. Bu, Boston Dynamics şirkətinin məşhur Spot robotunun analoqu kimi çıxış edir. Dünənki təqdimat çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun səhnədə sözügedən robota əmrlər verib, robot isə həmin əmrləri yerinə yetirib. Beləliklə CyberDog adlı 4 ayaqlı robot yüksək dəqiqliklə çalışan 11 ədəd sensora sahibdir. Həmin sensorlar məlumatları real zaman ərzində süni zəka sisteminə ötürürlər və süni zəka əldə edilmiş məlumatları emal edir. Bunun sayəsində robot ətraf mühit barəsində məlumatları əldə edə bilir. Buna misal olaraq təsvirləri, səsləri, işığı, məsafəni, sürəti və s. gətirmək olar.

Bu məlumatları nəzərə alaraq mövcud olan vəziyyət çərçivəsində robot insana reaksiya verə bilir. Təqdimat çərçivəsində Lei Jun robota əmr verib və robot arxa-arxaya salto vurub. Lei Jun bildirib ki, Xiaomi məhdud sayda CyberDog istehsal edib. Şirkət mühəndisləri robotu təkmilləşdirməyi və ona yeni bacarıqları inteqrasiya etməyi planlaşdırırlar. CyberDog 1541$-a satılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060579
Bu gün
Bu həftə
Bu ay
Ümumi
347
3531
16405
1060579
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi