Cümə, 19 Aprel 2024

700 milyon LinkedIn istifadəçisinin məlumatları hacker forumuna yerləşdirilib

Aprel ayında məşhur LinkedIn platformasına kiberhücum reallaşdırılmışdı. Həmin kiberhücum nəticəsində 500 milyon LinkedIn istifadəçisinin məlumatları sızdırılmışdı. Həmin hal yenidən təkrarlanıb. Lakin bu dəfə 700 milyon istifadəçinin məlumatları sızdırılıb. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin verdikləri məlumata əsasən 700 milyon LinkedIn istifadəçisinin məlumatları hackerlər üçün nəzərdə tutulmuş məşhur RaidForums adlı forumda ortaya çıxıblar. Privacy Sharks adlı şirkətin analitikləri “GOD User TomLiner” ləqəbli istifadəçi tərəfindən həmin foruma yerləşdirilmiş məlumatlar bazasını analiz ediblər.

Privacy Sharks komandasının analizinə əsasən sızdırılmış məlumatlar bazası daxilində istifadəçilərin adları, elektron poçt ünvanları, mənsub olduqları cins və sahib olduqları peşələr kimi məlumatlar yer alıblar. Mütəxəssislər bu məlumatların hacker forumuna hardan sızdığına cavab tapmaqda çətinlik çəkirlər. Lakin ehtimal var ki, bu məlumatlar bir neçə mənbədən əldə olunub. LinkedIn təmsilçiləri bu məsələ ilə bağlı rəsmi açıqlama veriblər. Onlar qeyd ediblər ki, platformanın hack edilməsindən söhbət getmir. Buna baxmayaraq LinkedIn baş vermiş hadisəni araşdırmaqda davam edir. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060853
Bu gün
Bu həftə
Bu ay
Ümumi
621
3805
16679
1060853
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi