Cümə, 19 Aprel 2024

MIUI 12.5 istifadəçi interfeysinin qlobal beta testinə start verilib

 

Çin regionunda yeni MIUI 12.5 istifadəçi interfeysinin qapalı beta testindən sonra Xiaomi şirkəti onun qlobal beta testini elan edib. Bundan əlavə olaraq şirkət yaxın zamanda yeni istifadəçi interfeysinin stabil versiyasını əldə edəcək smartfonların siyahısını da təqdim edib. Qeyd etmək lazımdır ki, MIUI 12.5 istifadəçi interfeysi dekabr ayında Mi 11 flaqman smartfonu ilə birlikdə təqdim olunmuşdu.

Çin regionunda tərtibatçılar üçün keçirilmiş 2 həftəlik beta test mərhələsindən sonra şirkət istifadəçi interfeysinin stabil versiyasının qlobal beta testinə start verib. MIUI 12.5-in testi 1 mart tarixinə kimi keçiriləcək. Yeni istifadəçi interfeysinin testində iştirak edəcək smartfonların siyahısı isə aşağıdakı kimidir:

- Xiaomi Mi 9T

- Xiaomi Mi Note 10

- Xiaomi Mi 9 SE

- Xiaomi Mi 10T Lite

- Xiaomi Mi 10i

- Redmi K20

- Redmi Note 9T

- Redmi Note 9 Pro

- Redmi Note 9 Pro Max

- Redmi Note 9

- Redmi 9

- Redmi 9 Prime

- Redmi 9C

- Redmi 9C NFC

- Redmi 9A

- Redmi Note 8

- Redmi Note 8T

- Redmi 9T

- POCO M2 Pro

- POCO X3

- POCO M2

- POCO C3

- POCO M3.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060613
Bu gün
Bu həftə
Bu ay
Ümumi
381
3565
16439
1060613
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi