Cümə axşamı, 25 Aprel 2024

MediaTek şirkəti Apple üçün prosessor istehsal etməyə başlayacaq

 

MediaTek şirkəti dedikdə çoxları Çin istehsalı olan ucuz smartfonlardakı prosessorları fikirləşirlər. Buna baxmayaraq şirkət aktiv şəkildə inkişaf edir və hətta keçən il Qualcomm-u geridə qoyaraq ən böyük mobil prosessor istehsalçısına çevrilmişdi. İndi isə məlum olub ki, MediaTek prosessorları Apple məhsullarında istifadə olunacaq. Belə ki, MediaTek Apple şirkətinin rəsmi tərəfdaşı olub. Beləliklə MediaTek ya bu ay ya da artıq gələn ay Apple üçün prosessorlar istehsal etməyə başlayacaq.

MediaTek tərəfindən istehsal olunacaq prosessorlar Apple şirkətinin Beats brendi altında satılan qulaqlıqlarında istifadə olunacaq.

    Lakin qulaqlıqlarda istifadə olunacaq prosessorların sırf MediaTek üsulu ilə və ya Apple şirkətinin xüsusi təlimatları ilə istehsal edilib-edilməyəcəyi bilinmir. Maraqlısı ondadır ki, MediaTek prosessorları saxta AirPods modellərində çox istifadə olunurlar. Məlumata əsasən 2020-ci ildə 600 milyona yaxın bu cür cihaz satılıb. Bu isə orijinal Apple AirPods-un satışlarından 6 dəfə çoxdur. Heç istisna deyil ki, bu cür statistika Apple şirkətinin MediaTek-i öz tərəfdaşı qismində seçməsində böyük rol oynayıb. Bununla yanaşı gələcəkdə MediaTek prosessorları təkcə qulaqlıqlarda deyil digər Apple məhsullarında da istifadə oluna bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064853
Bu gün
Bu həftə
Bu ay
Ümumi
30
2657
20679
1064853
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi