Cümə axşamı, 25 Aprel 2024

Redmi K40 flaqman smartfonunun render fotosu ortaya çıxıb

Xiaomi şirkəti artıq Redmi K40 flaqman smartfonunun hansı ayda təqdim olunacağını bildirib. İndi isə ortaya çıxmış yeni insayder məlumatı sözügedən smartfonun hər iki tərəfini əks etdirən keyfiyyətli fotosu ilə bir sıra texniki özəllikləri özündə birləşdirib. Beləliklə smartfonun ortaya çıxmış yeni render fotosu sayəsində smartfonun həm ön  həm də arxa panelini müşahidə etmək olar. Fotodan da görmək olar ki, Redmi K40-ın yastı ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. İnsayderlərin məlumatlarına əsasən həmin dairəvi çıxıntının diametri 2.8 mm təşkil edəcək.

Smartfonun arxa kamera sahəsi özündə 4 kamera sensorunu birləşdirir. Bununla yanaşı işıqlandırma sistemi kamera sahəsinin xaricində yerləşir. Smartfon gövdəsinin sağ hissəsində səsin tənzimlənməsi və yandırıb/söndürmə düymələri yerləşdirilib. Gözləntilərə əsasən Redmi K40 iki versiyada təqdim olunacaq. Onlardan biri Snapdragon 870 prosessoru, digəri isə Snapdragon 888 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi K40 gələn ay təqdim olunacaq. Təqdimatın daha dəqiq keçirilmə tarixi barəsində məlumat isə yaxın zamanda verilməlidir. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065200
Bu gün
Bu həftə
Bu ay
Ümumi
377
3004
21026
1065200
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi