Bazar ertəsi, 01 Mart 2021

Honor şirkəti V40 adlı yeni flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, Honor V40-dan gedir. Smartfonun əsas özəllikləri arasında təkmilləşdirilmiş kameralar, yüksək sürətli şarj texnologiyası və yüksək səviyyəli hamar ekran var. Qeyd etmək lazımdır ki, Huawei tərkibindən çıxması səbəbilə bu yeni smartfon Kirin prosessorundan imtina edib. Honor V40 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2676x1080 piksel keyfiyyətli 6.72 düym OLED ekrana sahibdir.

 Ekranın kənarları 80 dərəcə bucaq altında əyilmiş dizaynda reallaşdırılıblar. Bununla yanaşı ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə Honor V40 smartfonu 7 nanometrlik MediaTek Dimensity 1000+ prosessoru, Mali-G77 MC9 qrafik çipi, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqmalı Sony IMX766 kamera sensoru) + 8 MP (f/2.4 diafraqmalı ultragenişbucaqlı sensor) + 2 MP (makroobyektiv) + lazer avtofokus üçlü arxa kamera, 16 MP + ToF ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Şirkətin verdiyi məlumata əsasən 66 vatt gücündə sürətli şarj texnologiyası sayəsində smartfon 15 dəqiqə şarj prosesi çərçivəsində 60% enerji yığa bilir. Qeyd etmək lazımdır ki, smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Smartfonda 5G dəstəyi mövcuddur. Honor V40 Magic UI 4.0 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. O artıq Çin bazarında satışa çıxıb. 128 GB daxili yaddaşa sahib model 556$-a, 256 GB daxili yaddaşa sahib model isə 618$-a satılır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

086841
Bu gün
Bu həftə
Bu ay
Ümumi
606
1378
606
86841
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi