Çərşənbə, 24 Aprel 2024

Huawei P50 flaqman smartfon seriyası 2 əməliyyat sisteminə sahib ola bilər

Son zamanlar Huawei P50 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Yeni məlumat sızıntısı isə bu seriyaya daxil olacaq smartfonların proqram təminatları ilə bağlıdır. Məlumata əsasən Huawei P50 modelləri şirkətin fərdi əməliyyat sistemi olan HarmonyOS-i əldə edəcəklər. Lakin Android-ə daha çox üstünlük verən istifadəçilər də kənarda qalmayacaqlar. İnsayderlərin verdikləri məlumata əsasən Huawei P50 smartfonları həm Android həm də HarmonyOS-ə sahib olacaqlar.

 Bu məsələdə aydın olmayan tək şey odur ki, sözügedən əməliyyat sistemləri bu smartfonların satılacaqları regionlar üzrə quraşdırılacaq yoxsa smartfonların alışı zamanı istifadəçinin seçim imkanı olacaq? Bununla yanaşı heç istisna deyil ki, smartfonların tərkibində hər iki əməliyyat sistemi mövcud olsun. Daha öncə bu cür ehtimal barəsində məlumat ortaya çıxmışdı. Bu halda istifadəçi istədiyi zaman Android ilə HarmonyOS arasında keçid edə biləcək. Gözləntilərə əsasən Huawei P50 seriyasının təqdimatı bu ilin birinci yarısında baş tutacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064385
Bu gün
Bu həftə
Bu ay
Ümumi
219
2189
20211
1064385
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi