Bazar ertəsi, 01 Mart 2021

30% daha güclü CPU və 40% daha güclü GPU: Samsung Exynos 2100 flaqman prosessorunu təqdim edib

 

Galaxy S21 flaqman smartfon seriyasının təqdimatından öncə Samsung şirkəti Exynos 2100 adlı yeni flaqman prosessor modelinin təqdimatını keçirdib. Sözügedən prosessor yeni növ ARM nüvələrinin istifadəsi ilə 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və inteqrasiya edilmiş 5G modemə sahibdir. 5 nanometrlik Exynos 2100 prosessorunun hazırlanmasında ultrabənövşəyi fotolitoqrafiya texnologiyasından istifadə olunub.

 Exynos 2100-un tərkibinə 3 klasterli struktura sahib 8 nüvəli mərkəzi prosessor daxildir. Beləliklə Exynos 2100 2.9 GHz tezlikdə çalışan 1 ədəd güclü Cortex-X1 nüvəsinə, 3 ədəd yüksək performanslı Cortex-A78 nüvəsinə və 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Exynos 990 ilə müqayisədə Exynos 2100 modeli çoxnüvəli rejimdə 30% daha çox performans sərgiləyir. Qrafik özəlliklərdən Mali-G78 çipi cavabdehdir.

  Əvvəlki model ilə müqayisədə isə yeni qrafik çipin performansı 40% yüksəlib. Exynos 2100-da bir neçə IP ünvanın idarəolunması texnologiyasından istifadə olunur. Bu isə öz növbəsində mərkəzi prosessorun, qrafik çipin və digər proseslərin enerji sərfiyyatlarını optimizasiya edir. Beləliklə smartfonun çalışma müddəti yüksəlir. Bununla yanaşı Exynos 2100-un tərkibinə təkmilləşdirilmiş təsvir emalı prosessoru (ISP) daxildir. Bu prosessor 200 MP-ə kimi olan kameraları dəstəkləyir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

086738
Bu gün
Bu həftə
Bu ay
Ümumi
503
1275
503
86738
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi