Şənbə, 20 Aprel 2024

Redmi K40 smartfonunun təqdimat ayı və bəzi texniki özəllikləri haqqında rəsmi məlumat verilib

 Redmi K40 flaqman smartfonu barəsində məlumatlar hələ keçən il ortaya çıxmağa başlamışdılar. Belə ki, keçən ilin sonlarına yaxın bu smartfonun fotoları və bəzi texniki özəllikləri sızdırılmışdı. İndi isə Redmi brendi sözügedən smartfonun təqdimat ayını və bəzi texniki özəlliklərini təqdim edib. Redmi brendinin rəhbəri Lu Weibing, Weibo sosial şəbəkəsində Redmi K40-a həsr edilmiş reklam posterini təqdim edib. Təqdim edilmiş posterdəki məlumata əsasən smartfon Snapdragon 888 prosessoru, 4000 mAh enerji tutumlu batareya və ən bahalı yastı ekran ilə təchiz olunacaq.

 Posterə əsasən smartfonun start qiyməti 2999 yuan təşkil edəcək. Bu isə 463$-a bərabərdir. Redmi K40-ın təqdimatı fevral ayında baş tutacaq. Redmi brendi həmçinin qeyd edib ki, bu smartfon ən əlçatan flaqman smartfon olacaq. Əvvəlki məlumat sızıntılarına əsasən Redmi K40 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekran, dördlü arxa kamera və 5G dəstəyini əldə edəcək. Smartfonun dəqiq təqdimat tarixi yaxın zamanda elan ediləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1062025
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1126
4977
17851
1062025
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi