Bazar ertəsi, 01 Mart 2021

Xiaomi şirkəti orta səviyyəli Mi 10i smartfon modelini təqdim edib

 Xiaomi şirkəti Mi 10 flaqman smartfon seriyasını daha bir model ilə genişləndirib. Söhbət, Mi 10i smartfon modelindən gedir. Sözügedən smartfon Snapdragon 700 seriyasına aid prosessor, təkmilləşdirilmiş kameralar və yüksək həcmli batareya əldə edib. Beləliklə Mi 10i smartfonu 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.

 Əsas texniki göstəricilərə gəldikdə isə Mi 10i modeli 5G dəstəkli 8 nüvəli Snapdragon 750G prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 108 MP (Samsung ISOCELL HM2 sensoru) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən Mi 10i modeli saniyədə 30 kadr sürətlə 4K keyfiyyətli videolar çəkə bilir. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Bütün bunlardan əlavə olaraq Mi 10i kontaktsız ödənişlər üçün NFC modul ilə də təchiz olunub. Smartfonun satışlarına 8 yanvar tarixində start veriləcək. Onun qiyməti isə aşağıdakı kimi olacaq:

- 6 GB RAM + 64 GB daxili yaddaş - 286$

- 6 GB RAM + 128 GB daxili yaddaş - 300$

- 8 GB RAM + 128 GB daxili yaddaş - 327$.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

086858
Bu gün
Bu həftə
Bu ay
Ümumi
623
1395
623
86858
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi