Çərşənbə axşamı, 23 Aprel 2024

Samsung şirkəti Galaxy S21 smartfon seriyasının təqdimat tarixini elan edib

Samsung şirkəti rəsmi şəkildə Galaxy Unpacked 2021 tədbirinin keçirilmə tarixini elan edib. Sözügedən tədbirdə şirkət yeni Galaxy S21 flaqman smartfon seriyasını təqdim edəcək. Bununla yanaşı şirkətin digər yeni məhsulları da təqdim edəcəyi gözlənilir. Beləliklə şirkət bildirib ki, Galaxy Unpacked 2021 tədbiri 14 yanvar tarixində baş tutacaq. Təqdim olunmuş görüntülərdə həmçinin Galaxy S21-in arxa kamera modulunun görüntüsü də əks olunub. Təqdimat çərçivəsində Galaxy S21, S21+ və S21 Ultra smartfonlarının təqdim olunması gözlənilir. Bununla yanaşı şirkət həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlıqlarını da təqdim edə bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064158
Bu gün
Bu həftə
Bu ay
Ümumi
578
1962
19984
1064158
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi