Cümə axşamı, 25 Aprel 2024

Qualcomm şirkəti Snapdragon 678 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib

Qualcomm şirkəti Snapdragon 678 prosessorunu təqdim edərək özünün orta səviyyəli prosessorlar seriyasını genişləndirib. Bu yeni 8 nüvəli prosessorun əsas özəllikləri sırasında əvvəlki model ilə müqayisədə yüksəldilmiş performans, geniş multimedia imkanları və LTE şəbəkələrdə məlumatların yüksək ötürülmə sürəti var.

 Snapdragon 678 prosessoru 2.2 GHz tezlikdə çalışan yüksək performanslı Kryo 460 nüvəsi il Adreno 612 qrafik çipini özündə birləşdirir.

Prosessorda şəbəkə əlaqələrindən isə inteqrasiya edilmiş Snapdragon X12 LTE modemi cavabdehdir. Bu modem saniyədə 600 Mbit download sürətini və saniyədə 150 Mbit upload sürətini təmin edir. Prosessorun smartfon kameraları ilə qarşılıqlı əlaqədə olması üçün ona inteqrasiya edilmiş Spectra 250L çipindən istifadə edilir. Bu çip eyni anda 3 kamerada 48 MP-lik keyfiyyətlə çəkiliş aparmağa imkan verir. Bununla yanaşı 16 MP-ə kimi iki kamera ilə 4K videoların çəkilişi, 5 qat optik zoom və portret rejimi də dəstəklənir.

    Snapdragon 678 prosessoru 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ ekranları dəstəkləyir. Bütün bunlardan əlavə olaraq Snapdragon 678 prosessoru neyroşəbəkə hesablamaları üçün ayrıca Hexagon 685 DSP platforması ilə təchiz olunub və Quick Charge 4+ texnologiyası ilə Always on Display funksiyasının dəstəyini əldə edib. Bu orta səviyyəli 8 nüvəli prosessora sahib ilk smartfonların gələn il təqdim olunacaqları gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065205
Bu gün
Bu həftə
Bu ay
Ümumi
382
3009
21031
1065205
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi