Cümə axşamı, 25 Aprel 2024

Snapdragon 888-ə sahib ilk smartfonlar: Xiaomi Mi 11 və Mi 11 Pro-nun texniki özəllikləri ortaya çıxıb

 

İnternetdə Xiaomi-nin yeni flaqman smartfonları olacaq Mi 11 və Mi 11 Pro modellərinin texniki özəllikləri ortaya çıxıb. Belə ki, insayderlərdən biri öz Twitter hesabında sözügedən smartfonların texniki özəlliklərini özündə əks etdirən cədvəli təqdim edib. Beləliklə məlumata əsasən hər iki smartfon 6 düymdən aşağı olmamaqla kənarları əyilmiş AMOLED ekran əldə edəcək. Ekranlar 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Adi Mi 11 modeli 4780 mAh, Mi 11 Pro modeli isə 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

 Məlumatda qeyd edilib ki, Mi 11 modeli 50 vatt gücündə sürətli naqilli şarj texnologiyası ilə 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Mi 11 Pro modelinə gəldikdə isə o, 120 vatt gücündə sürətli naqilli şarj texnologiyası ilə 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Hər iki smartfon yenicə təqdim edilmiş Snapdragon 888 prosessoru, 8 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Kameralara gəldikdə isə Mi 11 modeli 108 MP + 13 MP + 5 MP üçlü arxa kameraya, Mi 11 Pro modeli isə 48 MP + 20 MP + 12 MP + 12 MP dördlü arxa kameraya sahib olacaq. Bir sıra məlumatlara əsasən Mi 11 smartfon seriyası bu ayın sonuna kimi təqdim olunacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064982
Bu gün
Bu həftə
Bu ay
Ümumi
159
2786
20808
1064982
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi