Cümə, 26 Aprel 2024

Apple M1-ə inteqrasiya olunmuş qrafika Nvidia ilə AMD-nin desktop videokartlarını geridə qoyub

 

Keçən həftə yeni MacBook modelləri ilə birlikdə təqdim edilmiş M1 adlı mobil ARM prosessor öz performans göstəriciləri ilə hətta Apple rəhbərliyini də təəccübləndirib. Bir neçə müddət sonra isə internetdə M1 prosessoruna inteqrasiya edilmiş qrafikanın test nəticələri ortaya çıxıb. Həmin nəticələr Nvidia və AMD şirkətlərinin desktop qrafik çiplərinin nəticələri ilə müqayisə edilib.

 Təqdim olunmuş məlumata əsasən Apple M1-ə inteqrasiya edilmiş qrafika bençmark saytında GeForce GTX1050 Ti və Radeon RX 560 dekstop qrafik çipləri ilə test edilib. Qeyd olunmuş hər iki qrafik çip Apple M1-ə yaxın performans sərgiləyir. Belə ki, AMD-nin qrafik çipi 2.6 teraflops, Nvidia-nın qrafik çipi isə 2.9 teraflops güc sərgiləyir. Qeyd etmək lazımdır ki, Apple M1 prosessoru 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb.

 Bu prosessor Firestorm adlı 4 ədəd yüksək performanslı nüvə və Icestorm adlı 4 ədəd enerji effektivliyi nüvəsi ilə təchiz olunub. Bununla yanaşı bu çipin daxilinə 8 nüvəli qrafik prosessor inteqrasiya edilib. GFXBench 5.0 bençmark saytındakı testlərə əsasən Apple M1 prosessoru Nvidia ilə AMD-nin dekstop qrafik çiplərini böyük fərqlə geridə qoyub. Hətta nəzərə alsaq ki, Nvidia ilə AMD-nin bu qrafik çipləri artıq köhnəlmiş qrafik çiplər hesab olunurlar, yenə də Apple M1 mobil prosessorunun bu cür nəticələr sərgiləməsi diqqəti cəlb edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065940
Bu gün
Bu həftə
Bu ay
Ümumi
370
3744
21766
1065940
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi