Cümə, 29 Mart 2024

Apple yaxın gələcəkdə iPad modellərindən birini qatlana bilən iPhone ilə əvəz edə bilər

 

Daha öncədən internetdə Apple şirkətinin qatlana bilən iPhone modeli üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxmışdı. İndi isə həmin smartfon barəsində yeni təfərrüatlar verilib. Şirkət qatlana bilən iPhone modelini 2022-ci ildə satışa çıxartmağı planlaşdırır. Məlumata əsasən şirkətin yeni məhsulu iPhone ilə iPad mini-ni xatırladacaq bir cihaz olacaq. Buna görə də Apple şirkətinin iPad mini modelini ümumiyyətlə satışdan çıxardacağı gözlənilir.

Bundan əlavə olaraq verilmiş məlumatda qeyd olunub ki, qatlana bilən iPhone modelinin standart versiyası 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Cihaz iPadOS əməliyyat sistemi vasitəsilə çalışacaq. Cihazın qiymətinə gəldikdə isə mənbənin verdiyi məlumata əsasən o, 1500$-dan başlayacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda satışda olan Galaxy Z Fold 2 smartfonu 2000$-a, Huawei Mate Xs smartfonu isə 2500$-a satılır. Qeyd etmək lazımdır ki, 2022-ci ilə kimi şirkətlər bu cür smartfonların istehsalatlarını sadələşdirə bilərlər. Bu halda onların satış qiymətlərində də eniş olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1042124
Bu gün
Bu həftə
Bu ay
Ümumi
487
4208
21168
1042124
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi