Cümə, 29 Mart 2024

5 nanometrlik ilk desktop CPU: Apple şirkəti M1 adlı ilk fərdi ARM prosessoru təqdim edib

 

Apple şirkəti dünən keçirmiş olduğu təqdimat tədbiri çərçivəsində Mac kompüterlərinin tarixində yeni dövrə start verdi. Belə ki, şirkət öz noutbukları üçün nəzərdə tutulmuş ilk fərdi ARM prosessoru təqdim edib. Təqdim olunmuş yeni prosessor iPhone və iPad üçün istehsal olunan prosessorların prinsipi əsasında hazırlanıb. Şirkətin verdiyi məlumata əsasən Apple M1 prosessoru öz sinifində ən güclü prosessordur.

Beləliklə Apple M1 prosessoru ilk kompüter prosessorudur ki, 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Şirkətin ilk fərdi prosessor modelinin üzərinə 16 milyard tranzistor yerləşdirə bilib. Apple M1-in hazırlanması zamanı Apple mühəndislərinin əsas öhdəlikləri ondan ibarət idi ki, onlar yüksək performansla yanaşı həmçinin enerji sərfiyyatı baxımından daha effektiv prosessor yaratmalıdırlar. Apple M1-in tərkibinə 8 nüvəli mərkəzi prosessor daxildir. Həmin mərkəzi prosessor 4 ədəd performans nüvəsinə və 4 ədəd enerji effektivliyi nüvəsinə sahibdir. Apple şirkətinin verdiyi məlumata əsasən M1 prosessoru digər istehsalçıların mobil prosessorlarını geridə qoyan ən güclü desktop prosessordur.

    Belə ki, 10 vatt enerji sərfiyyatı zamanı Apple M1 prosessoru digər prosessorlardan 2 dəfə daha yüksək performans sərgiləyir. CPU-dan əlavə olaraq Apple M1 prosessoru həmçinin 8 nüvəli GPU-dan da ibarətdir. Prosessorda olan GPU-nun gücü isə 2.6 teraflops təşkil edir. Apple bildirib ki, bu, dünyanın inteqrasiya edilmiş ən sürətli GPU-dur. Bundan əlavə olaraq ARM prosessorunun istifadəsinin daha bir əsas üstünlüyü ondan ibarətdir ki, onda istənilən iOS tətbiqi işə salmaq olar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041813
Bu gün
Bu həftə
Bu ay
Ümumi
176
3897
20857
1041813
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi