Cümə axşamı, 25 Aprel 2024

Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər: Bu halda onu nə əvəz edəcək?

Huawei şirkəti özünün HarmonyOS adlı əməliyyat sisteminin inkişafını aktiv şəkildə davam etdirir. Şirkət dəfələrlə qeyd edib ki, bu yeni ekosistem özündə təkcə smartfonları deyil həmçinin bir çox müxtəlif növ cihazı da birləşdirəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə öz smartfonlarını HarmonyOS-ə keçirtməklə Huawei şirkəti EMUI interfeysindən imtina edəcək.  Huawei şirkətinin proqram təminatı şöbəsinin rəhbəri Wang Chenglu bildirib ki, EMUI 11 interfeysi HarmonyOS ilə eyni struktura sahibdir.

Bu isə o deməkdir ki, Huawei smartfonlarının yeni əməliyyat sisteminə keçid etmələrində heç bir problem olmayacaq. HarmonyOS ilə çalışan ilk Huawei smartfonunun gələn il satışa çıxacağı gözlənilir.

 Xəbər verilir ki, şirkət EMUI 12-nin təqdim olunmasını planlaşdırmır. Belə ki, sözügedən istifadəçi interfeysini HarmonyOS əvəz etməlidir. Daha əvvəllər şirkət HarmonyOS-in smartfonlar üçün nəzərdə tutulmuş əməliyyat sisteminin olmadığını və Android-in öz cihazlarında yayılması üçün Google ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etmiş olsa da sonradan məlum oldu ki, şirkət EMUI 11 interfeysi ilə çalışan Huawei smartfonlarını HarmonyOS-ə keçirtməyi planlaşdırır. Hal hazırda Huawei şirkətinin fərdi əməliyyat sisteminin beta versiyası televizorlarda istifadə olunur və digər cihazlarda test olunur. Perspektiv cəhətdən EMUI 11 vasitəsilə çalışan Huawei smartfonuna sahib istifadəçilər öz cihazlarını HarmonyOS 2.0-a kimi yeniləyə biləcəklər. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065009
Bu gün
Bu həftə
Bu ay
Ümumi
186
2813
20835
1065009
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi