Cümə, 19 Aprel 2024

iPhone 12 ilə iPhone 12 Pro-nun performans və enerji sərfiyyatı testləri keçirilib

 

iPhone 12 ilə iPhone 12 Pro-nu əldə etmiş ilk bloqqerlər və jurnalistlər həmin smartfonların performansları ilə avtonom rejimdə çalışmalarını test ediblər. Nəticədə smartfonlar Geekbench-in birnüvəli testində 6650 xal, çoxnüvəli testində isə təqribən 17000 xal toplayıblar. Maraqlısı ondadır ki, 4 GB RAM-a sahib adi iPhone 12 modeli 6 GB RAM-a sahib iPhone 12 Pro-dan bir qədər daha yaxşı performans nəticələri sərgiləyib.

 Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 11 Pro modeli Geekbench-in birnüvəli testində 5477 xal, çoxnüvəli testində isə 13743 xal toplayır. Smartfonların performans göstəricilərinə jurnalistlərdə heç bir sual yaranmayıb. Onların bir dəfə şarj olunandan sonra çalışma müddətlərinə gəldikdə isə hər iki smartfondan gün ərzində 15 saat intensiv istifadə etmək olar. Dəqiq rəqəmlər qeyd olunmasa da o qey edilib ki, iPhone 11 ilə müqayisədə iPhone 12 modeli bir qədər daha az çalışır. Onu da qeyd etmək lazımdır ki, smartfonların enerji sərfiyyatları testi 5G şəbəkəsinin aktiv çalışması rejimində keçirilib. 5G şəbəkəsi isə enerjiyə tələbkar olan bir texnologiyadır. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060780
Bu gün
Bu həftə
Bu ay
Ümumi
548
3732
16606
1060780
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi