Şənbə, 20 Aprel 2024

iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq

Bu ayın ortasında təqdim olunmuş iPhone 12 seriyası Apple şirkətinin 5G dəstəkli ilk smartfon seriyası oldu. Apple şirkətinin verdiyi məlumata əsasən ideal şərtlər çərçivəsində iPhone 12 modellərində 5G şəbəkə vasitəsilə məlumat ötürülməsi saniyədə 4 Gbit-ə çata bilir. Lakin 5G dəstəyi yalnız bir sıra şərtlər çərçivəsində istifadəçilər üçün aktiv olacaq.  Satıcılar və mobil operatorlar üçün Apple şirkəti tez-tez verilən suallara cavab siyahısını təqdim edib.

 Siyahıda həmçinin iPhone 12-də Dual SIM rejiminin istifadəsi barədə də məlumat verilib. Qeyd etmək lazımdır ki, iPhone modellərində Dual SIM özəlliyinin istifadəsi fiziki və virtual eSIM kartlarının istifadəsi deməkdir. Mobil operatorları maraqlandıran məsələ isə ondan ibarətdir ki, Dual SIM özəlliyindən istifadə məlumatların ötürülməsi sürətinə necə təsir göstərir. Apple şirkəti isə öz növbəsində təsdiqləyib ki, Dual SIM rejimini aktivləşdirəcək istifadəçilər 5G şəbəkəsindən imtina etməli olacaqlar.

    Belə ki, Dual SIM rejimində smartfon 4G/LTE şəbəkəsinə keçid edərək hər iki SIM kart üçün sürəti aşağı salacaq. Başqa sözlə desək, 5G şəbəkəsindən istifadə yalnız eSIM-də və ya mobil operatorun təqdim etdiyi 5G əhatəsində mümkün olacaq. Heç istisna deyil ki, Apple şirkəti bu problemi aradan qaldırmaq üçün iOS-ə potensial yenilənmə çıxartsın. Bu halda istifadəçilər hər iki mobil operatorun xidmətindən istifadə edə biləcəklər.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1062044
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1145
4996
17870
1062044
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi