Cümə axşamı, 25 Aprel 2024

Samsung şirkətinin Galaxy S21 smartfon seriyasının təqdimat tarixi ortaya çıxıb

 

Galaxy Note 20 smartfon seriyasının təqdimatından sonra Samsung şirkəti özünün növbəti flaqman smartfon seriyasına diqqət ayırdı. İndi isə internetdə Galaxy S21 seriyasının təqdimat tarixi ortaya çıxıb. Samsung şirkəti yeni Galaxy S seriyasını yanvar ayının əvvəlində təqdim edəcək.

    Çox güman ki, şirkət təqdimatı online formatda keçirdəcək. Yeni Galaxy S seriyasının daha tez təqdim olunacağını həmçinin bəzi hesabatlar da təsdiqləyirlər.

Həmin hesabatlara əsasən Galaxy S21 smartfonları üçün nəzərdə tutulmuş komponentlərin istehsalına artıq start verilib. Qeyd etmək lazımdır ki, hal hazırda satışda olan Galaxy S20 smartfon seriyası bu ilin fevral ayının 11-də təqdim olunmuşdu.

    Lakin yeni Galaxy S seriyasının təqdimatı baxımından Samsung şirkətinin nəyə görə tələsdiyi bilinmir. Səbəblər çox ola bilər. Ola bilər ki, şirkət bu şansdan istifadə edib Huawei şirkətini geridə qoymaq niyyətindədir. Bəlkə də şirkət sadəcə olaraq Galaxy S21 ilə Galaxy S21 Fan Edition arasındakı zaman intervalını yüksəltmək istəyir. Bəzi məlumatlara əsasən Galaxy S21 Fan Edition modeli 2021-ci ilin ikinci yarısında təqdim olunacaq.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065163
Bu gün
Bu həftə
Bu ay
Ümumi
340
2967
20989
1065163
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi