Cümə axşamı, 25 Aprel 2024

Samsung-un Exynos 1080 flaqman prosessoru barəsində bir sıra məlumatlar verilib

 

5 nanometrlik Exynos 1080 flaqman prosessorunun təqdimatına az müddət qalmış Samsung şirkəti onun barəsində bəzi məlumatları təqdim edib. Prosessorun bəzi texniki özəllikləri ilə yanaşı həmçinin onu ilk əldə edəcək smartfon modelinin adı da açıqlanıb. Maraqlısı ondadır ki, Exynos 1080 prosessorunu əldə edəcək ilk smartfon heç də Samsung istehsalı smartfon olmayacaq. Exynos 1080 artıq istehsal prosesindədir.

 

 Beləliklə verilmiş məlumata əsasən Exynos 1080 prosessoru ARM Cortex-A78 nüvələri və Mali-G78 qrafik çipi ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlum olub ki, sözügedən prosessoru ilk əldə edəcək smartfon məhz Vivo X60 olacaq. Gözləntilərə əsasən bu smartfon 2020-ci ilin dördüncü rübündə təqdim olunmalıdır. Bununla yanaşı Samsung şirkətinin Exynos 2100 adlı daha bir 5 nanometrlik prosessorunun da təqdim olunacağı gözlənilir. Bu prosessoru isə ilk olaraq gələn il Samsung şirkətinin yeni flaqman smartfonu əldə etməldir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065049
Bu gün
Bu həftə
Bu ay
Ümumi
226
2853
20875
1065049
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi