Çərşənbə, 30 Aprel 2025

Apple A14 Bionic Geekbench-də Snapdragon 865+ ilə qarşı-qarşıya gəlib.

 

Bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Air 4 planşet modeli 5 nanometrlik A14 Bionic prosessoru ilə təchiz olunur. Bu prosessor həmçinin təqdim olunacaq iPhone 12 seriyasının smartfonlarına da quraşdırılacaq. Daha öncədən bu prosessor  testlərdən keçmişdi. Həmin testlər nəticəsində A14 Bionic modeli A13 Bionic ilə müqayisədə daha az performans yüksəlişi sərgiləmişdi. 

 

Müqayisə üçün qeyd etmək lazımdır ki, maksimal 2.66 GHz tezlikdə çalışan A13 Bionic prosessoruna sahib keçən ilki iPhone 11 Pro Max modeli birnüvəli testdə 1330 xal, çoxnüvəli testdə isə 3400 xal toplayır. Burdan da belə nəticəyə gəlmək olar ki, yeni A14 Bionic-in performans yüksəlişi 20% təşkil edir. Qualcomm-un Snapdragon 865+ prosessoruna gəldikdə isə o, birnüvəli testdə 1000-dən bir qədər az xal, çoxnüvəli testdə isə 3500-ə yaxın xal toplayır. Qeyd etmək lazımdır ki, Snapdragon 865+ prosessoru 8 nüvəyə sahibdir. Beləliklə Apple şirkətinin mobil prosessoru bazarda lider olaraq qalır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1583154
Bu gün
Bu həftə
Bu ay
Ümumi
930
5390
53273
1583154
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.