Şənbə, 20 Aprel 2024

“LG” şirkəti “K71” smartfonunu təqdim edib

 

 Cənubi Koreyanın “LG” şirkəti “K71” adlı daha bir smartfonunu təqdim edib. Yenilik elektron qələmdən başqa 4000 milliamper/saat tutumlu akkumulyator, 48 mp-lik əsas sensordan ibarət üçqat kamera və daxili stereosistemlə təchiz edilib.

 Cihaz Full HD+ təsvir ölçülü və tərəflər nisbəti 20,5:9 olan 6,8 düymlük IPS ekranla təchiz edilib. 

“MediaTek Helio P35” mobil platforması əsasında işləyən yeni smartfon 4 QB əməli yaddaş və “microSD” yaddaş kartı vasitəsilə artırıla bilmə imkanına malik 128 QB-lıq daxili yaddaşa malikdir. Smartfon “LG UX” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.

 Yeniliyin arxa qapağında 3 sensordan (48 mp-lik əsas, 5 mp-lik super genişbucaqlı modul və 5 mp-lik dərinlik datçiki) ibarət əsas kamera modulu üfüqi şəkildə yerləşdirilib.

İstehsalçı modelin digər xüsusiyyətləri arasında tədarük dəstinə daxil olan elektron qələm, həmçinin “DTS:X 3D” həcmli səslənmə texnologiyasına malik stereodinamik dəstəyini qeyd edir. Bundan başqa smartfon 3,5 mm-lik audiokonnektor, “USB Type-C” portu və arxa qapaqda barmaq izləri sensoruna malikdir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060920
Bu gün
Bu həftə
Bu ay
Ümumi
21
3872
16746
1060920
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi