Cümə axşamı, 28 Mart 2024

“Google Play”də proqramları paylaşmaq funksiyası əlçatan olacaq

“Google” şirkəti müntəzəm olaraq öz xidmətlərinin işini təkmilləşdirir. Məlumata görə, tezliklə “Google Play” mağazasında internetə qoşulmadan proqramları paylaşmaq imkanı əlçatan olacaq. Bundan başqa, xidmətin interfeysinin strukturunda bəzi yeniliklər edilib.

Mağazanın tətbiqinin yenilənməsindən sonra istifadəçilər “Google Play”dən yüklənmiş proqramları kənar xidmətlərdən istifadə etmədən P2P protokolu üzrə digər “Android” qurğulara göndərə biləcəklər.

Bu xüsusiyyət cari anda sürətli internetə qoşulma olmadıqda faydalı ola bilər.

 Paylaşılması planlaşdırılan mobil tətbiqin seçimindən sonra “Google Play” qoşulmaq üçün yaxınlıqdakı qurğuların siyahısını göstərəcək. Bu halda qoşulma “Bluetooth” və ya “NFC”, məlumatların ötürülməsi isə Wi-Fi üzrə həyata keçirilir.

 

 

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041322
Bu gün
Bu həftə
Bu ay
Ümumi
913
3406
20366
1041322
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi