Bazar ertəsi, 20 May 2024

“Google” şirkəti “Android 11” mobil əməliyyat sistemini istifadəyə verib

“Google” şirkəti “Android 11” mobil əməliyyat sisteminin yekun versiyasını çıxarıb. “Android 11” sisteminin bir neçə beta versiyası 2020-ci ilin yaz-yay aylarında təqdim edilib. ƏS-nin relizi hələ ki az sayda qurğular üçün əlçatandır: “Pixel 2”, “3”, “3A”, “4” və “4A”, həmçinin “OnePlus 8” və “8 Pro”. Sonuncular hələ ki yalnız ABŞ, Hindistan və Avropa ölkələrində yenilənmə ala bilər.

 “Android” sisteminin 11-ci versiyası ötən il istifadəyə verilmiş 10-cu versiya ilə müqayisədə

az dəyişib. Beşinci nəsil mobil şəbəkələrində işin nativ dəstəyi genişləndirilib və proqramlarda məxfilik sistemi təkmilləşdirilib.

“Android 11” versiyasının başqa yenilikləri arasında əməliyyat sisteminin interfeysində edilmiş kiçik dəyişiklikləri qeyd etmək olar: genişləndirilmiş emoji siyahısı, başqa çoxməsələlik menyusu və ekrandan videonu standart vasitələrin köməyi ilə yazmaq imkanı.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086601
Bu gün
Bu həftə
Bu ay
Ümumi
550
1020
16470
1086601
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi