Çərşənbə axşamı, 14 Oktyabr 2025

Elon Musk indi də Vikipediyaya rəqib olur: Grokpedia!

Elon Musk, tez-tez qərəzliliyinə görə tənqid etdiyi Vikipediyaya alternativ platforma üzərində çalışdıqlarını açıqlayıb. Onun öz süni intellekt şirkəti olan xAI tərəfindən hazırlanmış və Vikipediyaya alternativ informasiya mənbəyi olmaq niyyətində olan bu platforma “Grokipedia” adlanacaq. Musk bildirib ki, onlar Grokipedia-nı hər kəsin töhfə verə biləcəyi açıq mənbəli məlumat deposu kimi nəzərdə tuturlar. O, platformanın məhdudiyyətsiz giriş üçün açıq olacağını və Vikipediyadan çox daha əhatəli struktura malik olacağını vurğulayıb. O, həmçinin bildirdi ki, bu təşəbbüs xAI-nin kainatı anlamaq məqsədinə doğru mühüm addımdır.

Elon Musk bu açıqlamanı Vikipediyanın “solçu fəallar” tərəfindən idarə olunduğunu iddia edən şərhə cavab olaraq verib. Mask daha əvvəl Wikimedia-nın maliyyələşdirilməsini şübhə altına almışdı və onun “oyanmış ideologiya”nın təsiri altında olduğunu bildirmişdi. Vikipediyanın yaradıcılarından biri olan Larri Sanqer də saytın etibarını itirdiyini və qərəzli məzmunun olduğunu iddia edərək, oxşar tənqidlər səsləndirib.

Elon Musk məsələ ilə bağlı X səhifəsində bunları paylaşıb: “Biz @xAI olaraq Grokipedia qururuq. Bu, Vikipediyanın daha təkmil versiyası olacaq. Açığı, bu, kainatı anlamaq məqsədimizə doğru atılmış zəruri addımdır.” Maskın “Qrokipedia” adlandırdığı bu layihə tərəfsiz bir məlumat mənbəyi olması iddiası ilə diqqət çəkib. Təbii ki, platformanın necə işləyəcəyi və onun həqiqətən də Vikipediyaya rəqib olub-olmaması hələ görüləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1824325
Bu gün
Bu həftə
Bu ay
Ümumi
40
3275
22718
1824325
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.