Bazar ertəsi, 20 Oktyabr 2025

Google süni intellekt əsaslı Search Live funksiyasını istifadəyə verib

Google süni intellekt əsasında işləyən Search Live adlı səsli axtarış funksiyasını real vaxt rejimində istifadəyə verməyə başlayıb. Bu funksiya əvvəllər Google Labs-da sınaqdan keçirilirdi, lakin indi həm Android, həm də iOS platformalarında Google axtarış sistemi və Google Lens vasitəsilə əlçatan olub. İstifadəçilər Search Live funksiyasını əsas Google tətbiqində axtarış sətrinin altında yerləşən yeni Live düyməsinə toxunaraq və ya Lens daxilində müvafiq ikonu seçərək aktivləşdirə bilərlər. İşə salındıqdan sonra süni intellektə sualları səsli şəkildə ünvanlamaq mümkündür.

Ehtiyac yarandıqda isə kameranı qoşaraq süni intellektin yalnız nitqi deyil, eyni zamanda kamera vasitəsilə ətraf mühiti də analiz etməsinə şərait yaratmaq olar. Məsələn, Search Live vasitəsilə müəyyən yeməyi hazırlamaq üçün alınmış inqrediyentlərin nəyə xidmət etdiyini sadəcə onları kameraya göstərməklə öyrənmək, yaxud yeni elektron qurğunu quraşdırarkən konkret naqilin hansı girişə qoşulacağını anlamaq üçün kameranı sadəcə həmin çıxışlara yönəltmək kifayətdir. Hazırda səsli axtarış yalnız ingilis dilini dəstəkləyir və ancaq ABŞ ərazisində istifadəyə açıqdır. Lakin gələcəkdə funksiyanın əhatə dairəsinin genişlənəcəyi gözlənilir. Bunun nə vaxt baş verəcəyi isə hələlik məlum deyil.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1834454
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1120
2503
32847
1834454
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.